Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2021-ci il 27 sentyabr tarixində Türkiyənin "Anadolu" agentliyinə verdiyi müsahibədə qeyd etmişdir ki, son müddətdə Azərbaycan ərazisində Ermənistan tərəfindən aparılan təxribatlar müntəzəm xarakter almışdır. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhəddini keçmədi. Bir il əvvələ qayıdarken, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanı yaranır. 2020-ci il noyabr ayının 9-dan 10-na keçənn gecə imzalanmış bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxcivan muxtar vilayətini birləşdirən dəhlizin açılması nəzərdə tutulmuşdur. Lakin Ermənistan bu bayanatı pozur və ayrı-ayrı müddəalarını yerinə yetirmir. Prezidentimiz çıxışında qeyd etmişdir ki, biz isteyirik ki, bölgədə uzunmuddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. İrana məxsus 60 tır avqust ayının 11-dən sentyabr ayının 11-ə qədər sərhəddi qanununsuz keçərək Qarabağa göndərilmisdir. Iran səfirliyi Xarici Işlər nazirliyinə çağrılaraq xəbərdar edilmişdir. Azerbaycan-Iran münasibətlərinə zərər verə biləcək halların mütləq qarşısı alınmalıdır. Azərbaycan Respublikasının Prezidenti qeyd etmişdir ki, Azerbaycanın tarixində bu münaqişə ile bağlı səshifə qapanıb. Odur ki, Ermenistan 10 noyabr Üçtərəfli Bəyanatın şərtləri tam şəkildə yerinə yetirmelidir. Cənab Prezidentimizin bu möhtəşəm çıxışını dəstəkləyirəm.Nəzakət ƏLİYEVA, Xocali rayon ziyalısı